Server Windows Server 2019 Windows Deployment Services

Windows Deployment Services (WDS) quraşdırılması və konfiqurasiyası

VK

Vusal Karimov

May 7, 2025

Windows Deployment Services (WDS), əvvəlki Windows Server versiyalarında mövcud olan Remote Installation Services (RIS) xidmətinin inkişaf etmiş və daha funksional bir versiyasıdır. Bu xidmət, əməliyyat sistemlərinin şəbəkə üzərindən mərkəzi bir server vasitəsilə kompüterlərə avtomatik şəkildə qurulmasını təmin edir.

WDS, xüsusilə böyük təşkilatlarda və şirkətlərdə, çox sayda kompüterə standart və sürətli sistem quraşdırması həyata keçirmək üçün istifadə olunur. PXE (Preboot Execution Environment) texnologiyasını dəstəkləyərək, müştəri kompüterlərinin əlavə qurğulara ehtiyac olmadan şəbəkə vasitəsilə başladılmasına imkan verir.

Bu məqalədə, Windows Deployment Services xidmətinin qurulması və əsas konfiqurasiya mərhələləri izah ediləcəkdir.

Tələblər

  • Windows Server 2019
  • Serverdə Administrator icazələri
  • Windows Serverin şəbəkə bağlantısı
wds Configure

Konfiqurasiya addımları

Birinci olaraq Windows server-də “Server Manager” bölməsinə girib sağ üstdə “Manage” bölməsində “Add Roles and Features” girib WDS Server Rolunu yükləyirik. Qeyd edim ki, DHCP server də lazımdır, ona görə onu da yükləyib konfiqurasiya edəcəyik.

Server Manager - Rol Əlavə Edilməsi

Role services-dən “Deployment Server”“Transport Server” seçib yükləməyə davam edirik

WDS Server Rolu Seçilməsi

DHCP Server Konfiqurasiyası

İPv4 sağ tık edib “New Scope” seçirik. Daha sonra Next deyib Scope-a ad veririk davam edib növbəti bölmədə İP aralığı verəciyik

DHCP Scope Təyin Edilməsi

Burda isə İP aralığı veririk. Bizim İP aralığımız 192.168.74.1-dən başlayıb 192.168.74.254-ə qədər olacaq. Daha sonra verdiyimiz İP aralığından istəmədiyimiz İP-ləri çıxarda bilərik.

WDS ConfigureWDS Configure

Burda cihazlara verilən İP-lərə icarə vaxtı təyin edirik mən 8 saat təyin etdim. Daha sonra bizdən DHCP serverimizi indi konfiqurasiya etmək istədiyimizi soruşur “Yes” seçib davam edərək konfiqurasiya edirik

DHCP ServerBoot Image

Default gateway adresimizi yazıb əlavə edirik. Daha sonra DNS serverləri tandırıq serverin adını yazıb “Resolve” basdıqda sistem özü tanıya bilir və ya DNS Serverin İP adresinidə yaza bilərik.

Boot ImageBoot Image

Burda DNS-in köhnə versiyası olan NetBİOS serverlərinidə tanıda bilərik burdan. Amma NetBİOS hazırda istifadə olunmadığı üçün biz əlavə etməyib davam edəciyik. Daha sonra bizdən bu Scope-u (Əhatə Dairəsi) indi aktiv etmək istəyib istəmədiyimizi soruşur Next basıb davam edirik. Scope aktiv olduqda domaindəki user-lar İP adreslərini icarə olaraq alırlar. Aktivləşdirib DHCP Server Konfiqurasiyamızı bitiririk.

Boot Image Əlavə EdilməsiBoot Image Əlavə Edilməsi

WDS Service Konfiqurasiyası

Server Manager-dən “Tools” bölməsində “Windows Deployment Services” seçirik. Açılan ekranda “Servers” bölməsində domain adımızı görürük ona sağ tık edib “Configure Server” basırıq. Açılan pəncərədə Next edib növbəti ekranda “İntegrated with Active Directory” seçirik yəniki AD DC-dən asılı olmağını ona uyğunlaşmasını istəyirik.

WDS Configure ServerWDS Configure Server

Burda ilk pəncərədə Remote İnstallation-un qurulacağı yeri göstərir. DHCP servisin olub olmadığını soruşur əgər DHCP servisi işləyirsə hər ikisini seçməyimizi deyir buranı Next basıb keçirik.

WDS Configure ServerWDS Configure Server

Burda PXE (Preboot Execution Environment) servisi hansı sistemlərə cavab verəcəyini seçməliyik. ”Respond to all client computers (known and unknown)” seçirik yəniki bütün bilinən və ya bilinməyən cihazlara cavab verməyini istəyirik. Next etdikdən sonra qurulum yüklənir və tamamlanır.

WDS Configure Server

İndi isə WDS Servisimizə yükləmə diski əlavə edəcəyik. Servisimizə disk əlavə etməzdən əvvəl İSO faylın içindəkiləri normal bir fayla çıxardırıq çünki standart bir İSO faylında “install.wim” faylı əvəzinə “install.esd” faylı var ki buda işimizə yaramayacaq çünki WDS Server sonluğu “.wim” olan faylı qəbul edir.

cmd-ni administrator modda açırıq və “cd” commandı ilə yaratdığımız faylın içinə giririk daha sonra aşağıdakı commandı istifadə edirik

Command:

dism /Get-WimInfo /WimFile:install.esd
Bu commandı işlədərək “install.esd” faylının içində hansı windows versiyalarının olduğuna baxırıq

WDS Configure ServerWDS Configure Server

Bizə Windows 10 Pro lazımdır ona görədə ondan bir wim faylı yaradacıyıq. Burda gördüyümüz kimi Windows 10 Pro-nun Index nömrəsi 6-dır. Commandımız aşağıdakı kimi olacaq və “install.wim” faylını yaradacıyıq.

Command:

<dism /export-image /SourceImageFile:install.esd /SourceIndex:6 /DestinationImageFile:install.wim /Compress:max /CheckIntegrity>
WDS Configure ServerWDS Configure Server

WDS Servisdə “İnstall İmages” üstünə sağ tık edib “Add İnstall İmage” basırıq qarşımıza belə bir ekran çıxır burda İmage-ə ad verib Next basıb sonrakı mərhələyə keçirik.

WDS Configure ServerWDS Configure Server

Burda Windows 10 ISO faylımızın içindən “install.wim” faylını seçməliyik. İSO faylının içində “sources” qovluğundadır “install.wim” faylımız. Növbəti bölmədə bizim qarşımıza Windows 10 Pro və Home versiyası çıxır. Mən əvvəlcədən Home versiyasınıda yükləmişdim deyə məndə var. Daha sonra Next edərək davam edib yükləyirik.

QEYD: Bir install.wim faylının içinə istədiyimiz Windows versiyalarını yükləyə bilərik.

WDS Configure ServerWDS Configure Server

Windows 10 image-ləri hazır olduğuna görə indi Boot İmages yükləməliyik. Sağ tık edib “Add Boot İmage” basırıq açılan pəncərədə “Browse”-a giririk və “boot.wim” faylını seçib “Open” basırıq.

WDS Configure ServerWDS Configure Server

Burda İmage-ə ad verə bilərik “Next” deyirik növbəti bölmədə də “Next” deyirik və Boot image yüklənib hazır olur.

WDS Configure ServerWDS Configure ServerWDS Configure Server

WDS-in ayarlarına girib “Boot” bölməsindən Şəbəkədə PXE boot-un nə vaxt paylanacağını seçməliyik, burdan hər zaman başladılsını yəni "Always continue the PXE boot" seçimini seçirik. Daha sonra DHCP ayarlarından DHCP portlarını dinləmə seçimini aktiv edirik çünki bizim serverimizdə DHCP servisi var və onu ayrıca konfiqurasiya edəcəyik.

WDS Configure ServerWDS Configure Server

Advanced hissəsində DHCP-də WDS serverin işləməsinə icazə veririk və WDS Serverimizdə işimiz bitti. İndi isə DHCP servisin konfigurasiyasına giririk. İPv4 altında olan "Scope Options"-da sağ tık edib “Configure Options” seçirik.

WDS Configure ServerWDS Configure Server

Burda 066 nömrəli olan “Boot Server Host Name” aktiv edib dəyər bölməsinə WDS Servisimizin hostaname-ni yazırıq. Daha sonra 067 nömrəli “Bootfile Name” olanı aktiv edib dəyər yerinə bu "boot\x64\wdsmgfw.efi" kodu yazırıq. Bu kod yaradacağımız əməliyyat sistemində x64 bitlik UEFİ boot sistemi üçündür aşağı hissədə başqa əməliyyat sistemləri üçün olan kodlarıda yazacam. Təbiiki də bunu BİOS boot olaraqda yarada bilərik ama köhnə tip sistemlər artıq çox nadir istifadə olunduğu üçün UEFİ ilə davam edəciyik. Artıq konfiqurasiyalarımız hazırdır əməliyyat sistemi olmayan bir sistemi şəbəkəyə bağlı şəkildə işə salıb çalışdığını görə bilərik.

x64 UEFİ üçün boot kod:

boot\x64\wdsmgfw.efi

x86 UEFİ üçün boot kod:

boot\x86\wdsmgfw.efi

x64 Legacy BİOS üçün boot kod:

boot\x64\wdsnbp.com

x86 Legacy BİOS üçün boot kod:

boot\x86\wdsnbp.com
WDS Configure ServerWDS Configure Server

Indi əməliyyat sistemi olmayan sadəcə domain ilə eyni şəbəkəyə bağlı olan bir sistemi çalıştıraq. Mən Virtual Maşında bunu etdiyim üçün belə bir bildiriş verir sistem. Yes deyib davam edirik. Və sistem avtomatik olaraq şəbəkə üzərindən əməliyyat sistemini qəbul etdi və yüklənməyə başladı

WDS Configure ServerWDS Configure Server

Və gördüyümüz kimi sistem UEFİ Firmware interfeysi üzərindən yüklənərək Windows Setup pəncərəsi açıldı. Windows 10 Setup etmiyəcəm çünki əlavə olaraq boot yükləmələrini 2 tərəflidə yəni həm UEFİ həmdə BİOS-a uyğun edə bilərik yəni sistem özü algılayıb hansı boot sistemi ilə işləyirsə onu qəbul edəcək.

WDS Configure ServerWDS Configure ServerWDS Configure Server

İndi hər iki Boot sistemi üçün konfiqurasiya edəciyik yəniki Kompüter hansı Firmware interfeysi ilə işləyirsə ona uyğun olaraq əməliyyat sistemi yükləyəcək. Əvvəlcə yaratdığımız hər iki konfiqurasiyanı silirik. Daha sonra İPv4 üstünə sağ tık basıb “Define Vendor Classes” seçirik.

WDS Configure ServerWDS Configure Server

Burda “Add” butonuna basıb yaradacağımız konfiqurasiyaya ad veririk və önəmli olan yer ASCİİ kod yeridir bu hissəyə gəlib UEFİ üçün olan aşağıdaki bu kodu yazırıq

PXEClient:Arch:00007

OK deyib yadda saxlayırıq. Yenə “Add” basıb ad verəndən sonra bu səfər ASCİİ kod olaraq BİOS üçün olan aşağıdakı kodu yazırıq və yadda saxlayırıq.

PXEClient:Arch:00000
WDS Configure ServerWDS Configure Server

Bu ekranda policy yaradıb ad veririk və Next-ə basırıq və Add butonuna basırıq

WDS Configure ServerWDS Configure ServerWDS Configure Server

“Criteria” bölməsində “Vendor Class” seçirik “Value”də yaratdığımız “UEFİ Boot” seçirik və 2-ci boşluğa tik qoyub Add edirik. 2-ci hissədə bizdən İP aralığına görə olsunmu deyir “No” seçib davam edirik şəbəkədəki bütün cihazlara cavab verməsi üçün. Növbəti hissədə bayaqkı şəkildə WDS server adımızı və boot yükləmə faylını yazırıq və Next basıb Finish deyirik.

WDS Configure ServerWDS Configure ServerWDS Configure Server

İndi isə BİOS Firmware interfeysi üçün eyni şəkildə policy yaradırıq.

x64 Legacy BİOS üçün boot kodu:

boot\x64\wdsnbp.com

x86 Legacy BİOS üçün boot kodu:

boot\x86\wdsnbp.com
WDS Configure ServerWDS Configure ServerWDS Configure Server

Artıq policy-lərimiz hazırdır və cihazlar Boot Firmware interfeys-lərinə görə OS yükləyəcəklər bir daha yoxlaya bilərik.

WDS Configure Server

Nəticə

Bu məqaləmdə WDS Server-in necə yükləndiyindən qurulduğundan və işlədiyindən danışdım. Bir şirkət düşünsək və burada 100 cihaz nəzərdə tutaq bunların hamısına eyni anda Əməliyyat Sistemi yüklənməlidir, 100 cihaza tək tək hər birinə manual olaraq əməliyyat sisteminin yüklənməsi bir neçə günümüzü alar. Ona görə də WDS Server burda bütün cihazlara şəbəkə üzərindən əməliyyat sisteminin imajını yükləyir və bir neçə günlük iş bir neçə dəqiqəyə başa gəlir.